Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır
  • Mahal
  • 23 Avqust 2019 16:53
  •  2 158

Balıq tuturdu, göldə boğuldu

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır

Bərədə balıq tutan şəxs bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə avqustun 22-də saat 19:50 radələrində Bərdə rayonu Zümürxan kəndi ərazisində qeydə alınıb. Zümürxan kənd sakini, Zahir Sadıqov kənd ərazisində yerləşən göldə balıq tutarkən ürək tutmasından suya yıxılıb.

Nəticədə o suda boğularaq ölüb. Onun meyiti kənd sakinləri tərəfindən aşkar edilərək sudan çıxarılıb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.(apa.az)

AzNews.az