- Mahal
- 19 Sentyabr 2019 14:14
- 1 994
Nazirlik İsmayıllıdakı zəhərlənmə olayına aydınlıq gətirdi

Hadisə barədə polis və Qida Təhlükəsizliyi agentliyinə məlumat verilib
Səhiyyə Nazirliyi İsmayıllı rayonunda kartofdan zəhərlənməyə aydınlıq gətirib.
AzNews.az xəbər verir ki, İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) müraciət edib:
“Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi agentliyinə məlumat verilib”.
Bahar RÜSTƏMLİ
AzNews.az