Hadisə Oğuz rayonunda qeydə alınıb Hadisə Oğuz rayonunda qeydə alınıb
  • Mahal
  • 6 Oktyabr 2019 20:33
  •  2 481

Sahibsiz it 10 yaşlı uşağa hücum etdi

Hadisə Oğuz rayonunda qeydə alınıb

Bu gün günorta saatlarında Oğuz rayonunun Bucaq kənd sakini, 2009-cu il təvəllüdlü Fəqan Rəfayıl oğlu Həsənov sol əlin və sol ayağın it dişləməsi xəsarəti ilə rayon mərkəzi xəstəxanasına daxil olub.

Müayinə zamanı F.Həsənova yaşadığı kəndin ərazisində sahibsiz it hucum edərək xəsarət yetirdiyi məlum olub.

F.Həsənova lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. (APA)

AzNews.az