Bir qızın taleyilə oynayan və onun gələcəkdə normal ailə qurmasını əngəlləyən məmur kollektivinin qarşısında xəcalət çəkmək əvəzinə özünü “kişi” kimi aparır Bir qızın taleyilə oynayan və onun gələcəkdə normal ailə qurmasını əngəlləyən məmur kollektivinin qarşısında xəcalət çəkmək əvəzinə özünü “kişi” kimi aparır
  • Mahal
  • 22 Oktyabr 2019 12:19
  •  5 004

Osman Nərimanoğlu “katibəsini zorlayıb” ittihamı ilə Göygöldə hansı məmuru şantaj edir? - Prokurorluğa müraciət olundu…

Bir qızın taleyilə oynayan və onun gələcəkdə normal ailə qurmasını əngəlləyən məmur kollektivinin qarşısında xəcalət çəkmək əvəzinə özünü “kişi” kimi aparır

Mətbuat Şurası İdarə Heyətininin qərarı ilə adı “reket” sayt kimi “qara siyahıya” salınan, son aylarda yazdığı şər və böhtanlara görə barəsində bir neçə məhkəmə qərarı çıxarılan “demokratik.az” adlı domenin istifadəçisi Osman Nərimanoğlu öz fəaliyyətində açıq şantaj metodunu seçib. Həmin saytda və “reket” jurnalistin şəxsi “Facebook” səhifəsində yayımlanan “Qudurğan məmur katibəsini zorladı – Göygöldə ” başlıqlı məqalədən açıq-aşkar görünür ki, hansısa məmur onun tərəfindən şantaja məruz qalıb. Həmin yazını olduğu kimi oxucuların nəzərinə çatdırırıq:

” Bir çox hallarda harın məmurların öz katibələri ilə eşq həyatı yaşamalarını, hətta tabeliyindəki əks cinsi zorladıqlarını eşidirik. Bu hal şəxsi həyata aid edilsə də, bir dövlət məmurunun öz kollektivi qarşısındakı qeyri-etik və qeyri-əxlaqi nümunəsi kimi təhlükəli və qəbuledilməz tendensiyadır… “Demokratik.Az”-ın əməkdaşı Göygöl rayonunda fəaliyyət göstərən mühüm idarələrdən birinin rəhbərinin üzqaraldan əxlaqsız əməli barədə şok bilgilər əldə edib. Məlumatda bildirilir ki, rayonda ən pullu və ən qudurğan məmur kimi tanınan bir şərəfsiz özünün 25 yaşlı katibəsini Gəncədəki yeni evinə apararaq onu zorlayıb. Hadisənin bir neçə ay əvvəl baş verdiyini bildirən mənbənin sözlərinə görə, bir qızın taleyilə oynayan və onun gələcəkdə normal ailə qurmasını əngəlləyən məmur kollektivinin qarşısında xəcalət çəkmək əvəzinə özünü “kişi” kimi aparır, lap bambılılıq edir. Detallarını dəqiqləşdirməyə çalışdığımız tükürpədici xəbər barədə o da bildirilir ki, əməlindən peşiman olan yazıq katibə hər gün idarədə göz yaşı tökür. Buna baxmayaraq, müdir tərəfindən mütamadi cinsi manasibətə məcbur edilir. Yaxın günlərdə daha səhih bilgilərlə idarə rəhbərinin kimliyini açıqlamağa çalışacağıq. Aldığımız əsas bilgiyə görə, zərərçəkmiş şəxsin özü tezliklə onu intim zorakılığa məruz qoyan məmurun tərbiyyəsiz hərəkətləri barədə “Demokratik.Az”-a danışacaq. Mövzu diqqətimizdədir… ”

Məqalənin məzmunundan belə anlaşılır ki, Osman Nərimanoğlu hadisənin detalları ilə bağlı müfəssəl məlumata malikdir. Belə olan təqdirdə də o, Cinayət Məcəlləsinin 307-ci maddəsinə görə (cinayəti bilib, gizlətmə) məsuliyyətə cəlb edilməlidir. Çünki, məlumatın təqdimatında nə “zorlanan” xanımın adı çəkilir, nə də hadisənin hansı idarədə baş verdiyi qeyd olunur. Sual oluna bilər: onda isə saytın belə ünvansız, lakin kimisə ağır cinayətdə ittiham edən yazını dərc etməkdə nə marağı olub? Əgər sayt bu məlumatın ictimailəşməsini tam istəmirsə, onda niyə indiyə kimi törədilən cinayətlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verməyib? Bunların heç biri yoxdursa, onda Osman Nərimanoğlunun əməlində həqə -qorxu ilə tələb etmə (şantaj) sayılan – CM-nin 182-ci maddəsinin əlamətləri aydın görünür. Cinayət Prosesual Məcəllənin tələblərinə görə, hansısa cinayət xarakterli məlumatın mediada yayılması cinayət işinin başlanması üçün əsas sayıla bilər. Onda isə niyə Göygöl rayonundakı hüquq -mühafizə orqanları bu cür ciddi detalı nəzərdən qaçırıblar? Görünür həmin rayondakı hüquq-mühafizə orqanlarının əməkdaşları da, bu şantajçıdan çəkinir ki, onun barəsində lazımi hüquqi ölçü götürmür. Biz Azinforum.az olaraq. ölkənin Baş prokuroru cənab Zakir Qaralovdan xahiş edirik ki, bu məsələyə hüquqi qiymət verilməsinə dair göstəriş versin. Onda kimin “zorlandığı” və ya kimin- kim tərəfindən şantaj olunduğunun tam aydınlaşa bilər”.

Azinforum.az olaraq, Göygöldə konkret olaraq hansı idarə müdirinin Osman Nərimanoğlu tərəfindən intim mövzuda şantaj edildiyinə aydınlıq gətirməyə çalışacayıq, eyni zamanda məsələnin tam araşdırılması ilə bağlı Baş Prokurorluğa tərəfimizdən rəsmi müraciət də olunacaq. (Azinforum.az)