Onun xəsarəti yüngül olduğundan evə buraxılıb Onun xəsarəti yüngül olduğundan evə buraxılıb
  • Mahal
  • 9 Noyabr 2019 16:22
  •  2 338

43 yaşlı kişini çaqqal dişlədi

Onun xəsarəti yüngül olduğundan evə buraxılıb

Şəkidə 43 yaşlı kişini çaqqal dişləyib.

Hadisə bu gün səhər saatlarında rayonun Köndələn kəndində baş verib.

Kənd sakini, 1976-cı il təvəllüdlü Arif Hacı oğlu Mustafayev yaşadığı evin həyət qapısından küçəyə çıxmaq istəyən zaman çaqqalın hücumuna məruz qalıb. Çaqqal A. Mustafayevin sol ayağından dişləyib.

A. Mustafayevə Şəki Rayon Mərkəzi Xəstəxanasında lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra xəsarəti yüngül olduğundan evə buraxılıb.(apa.az)

AzNews.az