Ən çox qar Xızıya yağıb Ən çox qar Xızıya yağıb
  • Mahal
  • 22 Noyabr 2019 10:46
  •  2 822

Bu rayonlarımıza ilk qar yağdı - FOTO

Ən çox qar Xızıya yağıb

Noyabrın 21-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, ən çox qar Xızıya yağıb. Rayonun Altıağac qəsəbəsində qarın hündürlüyü 12 santimetrə çatır.

Qubanın Qırız və Xınalıq, həmçinin Qusarın Ləzə kəndlərində qarın hündürlüyü 7-8 santimetrdir. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 5 dərəcəyədək aşağı düşüb.

Qeyd edək ki, ötən gündən başlayaraq, Oğuz, Qəbələ, Şəki və digər şimal rayonlarına da ilk mövsümün ilk qarı yağıb və hazırda da davam edir.