Atılmış 3 raketdən 2-si partlamayıb Atılmış 3 raketdən 2-si partlamayıb
  • Mahal
  • 5 Oktyabr 2020 00:38
  •  2 970

Raketlərdən biri Mingəçevir İES-in qarşısına düşüb

Atılmış 3 raketdən 2-si partlamayıb

Xəbər verdiyimiz kimi Ermənistan silahlı qüvvələri Mingəçevir şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket zərbələri ilə atəşə tutub.

AzNews.az-ın Baş Prokurorluğa istinadən məlumatına görə, atılmış 3 raketdən 2-si partlamayıb.

Partlamayan raketlərdən 1-i Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, eyni zamanda evə külli miqdarda ziyan dəyib.

image description image description