- Mahal
- 10 Yanvar 2021 09:27
- 6 812
Vətən Müharibəsi iştirakçısı olan qardaşlar belə qarşılandı - FOTOLAR
Xızır Şahhüseynov və Xəzər Şahhüseynov bildiriblər ki, hər zaman Vətənin keşiyində dayanmağa hazırdırlar
Vətən Müharibəsində iştirak etmiş iki qardaşın Biləsuvar rayonuna qayıdışı sakinlər arasında böyük fərəh və coşquya səbəb olub.
AzNews.az-ın "Report"a istinadən məlumatına görə, Xızır Şahhüseynov və Xəzər Şahhüseynov qardaşlarının qayıdışı rayonda əsl bayram əhval-ruhiyyəsi yaradıb.
Qeyd edək ki, qardaşlardan biri - Xəzər Şahhüseynov qazidir. O, ağır döyüşlərdən birində yaralanıb. Keçmiş döyüşçüləri bayraqlarla qarşılayan sakinlər onları alqışlayaraq Şahhüseynov qardaşlarına minnətdarlıqlarını bildiriblər. Xızır Şahhüseynov və Xəzər Şahhüseynov isə bildiriblər ki, hər zaman Vətənin keşiyində dayanmağa, gələcəkdə də lazım gəlsə, yenidən əllərinə silaha sarılmağa hazırdırlar.