- Mahal
- 22 Oktyabr 2021 19:27
- 8 696
Bu məktəbdə dərslər COVID-19-a görə dayandırıldı

Oğuz rayonunun Bayan kənd tam orta məktəbi bu gündən distant təhsilə keçib
Azərbaycanda daha bir məktəbdə dərslər COVID-19-a görə dayandırılıb. Oğuz rayonunun Bayan kənd tam orta məktəbi bu gündən distant təhsilə keçib.
Aznews.az xəbər verir ki, məktəbin 5 müəllimi və 21 şagirdində koronavirus aşkarlanıb. Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov bildirib ki, bu səbəbdən dərslər oktyabrın 22-dən iki həftə müddətində onlayın formada keçiriləcək.