Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.
Yanğının yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan yoxdu.
Transformatorun yanması səbəbindən əraziyə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Faktla bağlı araşdırma aparılır.