• Mahal
  • 4 Fevral 2025 23:59
  •  5 454

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb.

Aznews.az xəbər verir ki, hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobil 1965-ci il təvəllüdlü Bayramov Mahir Yaqub oğlunu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.