• Mahal
  • 10 Mart 2025 09:16
  •  6 008

Şabranda ana və övladı dəm qazından zəhərlənib, biri ölüb

Şabran rayonunda ana və övladı dəm qazından zəhərlənib.

1991-ci il təvəllüdlü Günay Meylaverdi və övladı, 2016-cı il təvəllüdlü Gül Meylaverdi dəm qazından zəhərlənib. Onlardan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.