Bu gündən Gürcüstan və İran arasında viza rejimi ləğv olunub. Bu gündən Gürcüstan və İran arasında viza rejimi ləğv olunub.

Gürcüstanla İran arasında viza rejimi ləğv edildi

Bu gündən Gürcüstan və İran arasında viza rejimi ləğv olunub.


Məlumata görə, bu barədə İranın Gürcüstandakı səfirinin müavini Möhsün Kebryay bildirib. O deyib ki, fevralın 15-dən viza rejiminin ləğvi hər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına kömək edəcək: "Viza rejiminin ləğv edilməsi İran və Gürcüstan arasında ticarət dövriyyəsinin inkişaf etdirilməsinə müsbət təsir göstərəcək. Ölkələrimiz arasında sərbəst gediş-gəliş varsa, investisiyası olan insanlar azad şəkildə ölkəyə gələcək və investisiya yatıraraq ticarət fəaliyyətini sərbəst inkişaf etdirəcək. 2012-2013-cü illərdə ticarət dövriyyəsi 200 milyon idisə, hazırda bu 130 milyona da çatmır və əmtəə dövriyyəsini artırmaq üçün potensial var. Biz bu çatışmazlığı düzəldə bilərik".

APA.az