Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıblar. Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıblar.

Rusiya və ABŞ razılığa gəldi - Suriyada atəşkəs üzrə

Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıblar.


AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, atəşkəs rejimi fevralın 27-dən qüvvəyə minəcək.

Məlumata əsasən, sənəddən İŞİD və "Cəbhət ən-Nüsrə" qruplaşmalarının adları çıxarılıb.

Bundan əvvəl diplomatik mənbə Cenevrədə keçirilən danışıqlarda Suriyada atəşkəs rejimi ilə bağlı razılaşmanın yüksək səviyyədə əldə olunacağını bildirmişdi.

"Əl-Cəzirə" telekanalının məlumatına görə, yaxın saatlarda ABŞ-ın dövlət katibi Con Kerrinin imzalanmış sazişə dair açıqlaması gözlənilir.