Qubernatorun evinin yanında partlayış – 50-dən çox ölən və yaralanan var

Əfqanıstanda 50-dən çox insanın ölümü və xəsarət alması ilə nəticələnən partlayış baş verib.


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, partlayış Əfqanıstanın Kunar əyalətində baş verib. Hadisə nəticəsində 11-dən çox insanın öldüyü və 30-dan çox insanın yaralandığı bildirilir.

İlkin məlumata görə, partlayış əyalətin Asadabadə şəhərində, qubernatorun evinin yanında baş verib. Hələki baş verənlərə görə heç bir terrorçu qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Aydan Axundova