Liviya sahillərində miqrantları daşıyan gəmi batıb, azı 15 nəfər itkin düşüb. Liviya sahillərində miqrantları daşıyan gəmi batıb, azı 15 nəfər itkin düşüb.

Miqrantları daşıyan gəmi batdı - 15 nəfər itkin düşdü

Liviya sahillərində miqrantları daşıyan gəmi batıb, azı 15 nəfər itkin düşüb.


Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin rəsmisi Uilyam Spindler bəyan edib.

Onun sözlərinə görə, aprelin 29-da qəzaya uğrayan gəmidə 120 nəfər olub.

"Qəza nəticəsində 15 nəfər itkin düşüb. Onlardan 4-ü Nigeriya, 3-ü Qvineya, 2-si – Fil Dişi Sahili və 1-i Malidən olduqları müəyyənləşib", deyə U.Spindler bildirib.


APA