Rusiya BMT-yə atəşkəs layihəsi təqdim etdi

Rusiya Qəzza sektorunda atəşkəsin əldə edilməsi üçün BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edib. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, qətnamə layihəsi səsverməyə çıxarılacaq. Qəbul edilməzsə, Ərəb Liqasının qətnaməsi səs verməyə təqdim ediləcək.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin də məsələ ilə bağlı açıqlama verib. O, Ərəb Liqasının layihəsini qəbul edə biləcəklərini desə də, bəzi əskiklərin olduğunu da nəzərə çatdırıb.

Burada əsas məsələ isə ABŞ-ın qətnamə layihəsinə müdaxiləsidir. Rəsmi Vaşinqton istəyir ki, İsrailin özünü müdafiə hüququ layihəyə daxil edilsin və beləliklə Qəzza sektoruna endirilən hava zərbələrinə haqq qazandırılsın. Layihə müəllifləri isə bununla qəti razı deyillər.

Sadiq Musa
AzNews.az