Çində leysan yağışları daha 8 nəfərin ölümünə səbəb olub. Çində leysan yağışları daha 8 nəfərin ölümünə səbəb olub.

Divar uçdu: İnsanlar dağıntılar altında qaldı - 8 ölü

Çində leysan yağışları daha 8 nəfərin ölümünə səbəb olub.

AzNews.az Sinxua agentliyinə istinadən xəbər verir ki, Uxan şəhərində yağış sularının beton dirəkləri yuması nəticəsində binanın divarı uçub. Yaxınlıqdan keçən insanlar dağıntılar altında qalıb. Xilasedicilər uçqun altından 8 nəfərin cəsədini çıxarıblar.

Qeyd edək ki, leysan yağışlar Çinin Cənub, Mərkəzi və Şərq hissələrində cümə günündən davam edir. Şəhər və qəzalar su altında qalıb. Su anbarları və qoruyucu bəndlərin yarılması təhlükəsi artır. Son günlər ərzində ölən insanların sayı onlarladır.

Aydan AXUNDOVA