Fransanın Nitsa şəhərində dəhşətli terror aktı törədilib. Hadisə insanların “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə təşkil edilən atəşfəşanlığı izlədiyi zaman baş verib. Son məlumatlara görə, hadisə nəticəsində 80-dən çox insan ölüb, 100-dən çox insan yaralanıb. Ölənlərin arasında uşaqların da olduğu bildirilir. Ölən və yaralananlar arasında çox sayda əcnəbilər də var. Fransanın Nitsa şəhərində dəhşətli terror aktı törədilib. Hadisə insanların “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə təşkil edilən atəşfəşanlığı izlədiyi zaman baş verib. Son məlumatlara görə, hadisə nəticəsində 80-dən çox insan ölüb, 100-dən çox insan yaralanıb. Ölənlərin arasında uşaqların da olduğu bildirilir. Ölən və yaralananlar arasında çox sayda əcnəbilər də var.

“Fransa terroru İslama qarşı törədilib” - Politoloq

Fransanın Nitsa şəhərində dəhşətli terror aktı törədilib. Hadisə insanların “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə təşkil edilən atəşfəşanlığı izlədiyi zaman baş verib. Son məlumatlara görə, hadisə nəticəsində 80-dən çox insan ölüb, 100-dən çox insan yaralanıb. Ölənlərin arasında uşaqların da olduğu bildirilir. Ölən və yaralananlar arasında çox sayda əcnəbilər də var.


Politoloq Qabil Hüseynli AzNews.az-a açıqlamasında bu terrorun arxasında Fransaya qarşı bir nifrət və kin-küdurətin olduğunu qeyd edib: "Amma bu kin-küdurət son zamanlar İŞİD terror təşkilatı tərəfindən ciddi sürətdə istiqamətləndirilir. Yəni, Fransada baş verən ikinci terror hadisəsi təkçə Fransaya qarşı çevrilməyib, bu həm də Avropaya qarşı nəzərdə tutulan iri miqyaslı aksiyadır. Mövqeləri sarsılan və getdikcə sıxışdırılan İŞİD terror taktikasını Avropaya və digər ölkələrə də yaymağı qarşılarına məqsəd qoyub. Bu çox təhlükəli tendensiyadır. Bu tendensiyanın digər bir təhlükəsi də ondan ibarətdir ki, prosesdə iştirak edən adamların çoxu vaxti ilə Fransaya köçmüş, orada yaşamış və məskunlaşmış ərəblərdən ibarətdir".

Q.Hüseynli Fransanın böyük ərazilərində kiçik ərəb gecə qondularının olduğunu bildirib: "Gecəqondular həm terrorun mənbəyidir, həm də İŞİD tərəfindən yönləndirilən terrorçular üçün bir kəşfiyyat materialları toplayan, onları evində saxlayan və yeri gələndə gizlədən mərkəzlərdən biridir. Bu hələ ki ilkin məlumatlardır. Ona görə də terrorla bağlı bir şərh vermək də çətindir. Amma bunun Fransa mənşəli ərəblər tərəfindən törədilməsi ortadadır. Bütün bunlar sübut edir ki, Fransandan başlayan terror təşkilatı başqa ölkələrdə də təkrarlanır. Avropada yaşayan ərəblər təhsil almamış, cəhalət içərisində yaşayan və öz qanunları ilə gəlib Avropaya girmiş insanlardır. Başlarını aşağı salıb dövlətin onlar üçün yaratdığı imkanlardan istifadə edərək, yaşamaq əvəzinə məscidlərin içərisində cihad elan edir. Görünən odur ki, Fransa kimi başqa ölkələrdə də belə boşluqlar var. Fransada məscidlərin tikilməsi qadağan edilib. Bunların hamısı islamın yayılmasına qarşı olan bir xəttdir".

Politoloq hesab edir ki, nəinki Fransa da bütün ölkələrdə vətəndaşlığı olmayan, gizli yolla yaşamağa gələn insanların departasiyasını həyata keçirmək lazımdır: "Çünki ölkənin təhlükəsizliyini qorumaq üçün yeganə addımdır. Bu hiddət doğuran bir terrordur. Dünyanın harasında olursa-olsun, alçaqcasına həyata keçirilən terror aktıdır. Günahsız, dinc insanlara qarşı keçirilən terror aktı pislənməlidir".

Bahar RÜSTƏMLİ
AzNews.az