Türkiyə Silahlı Qüvvələri ölkədə baş verən son hadisələrlə bağlı məlumat yayıb. Türkiyə Silahlı Qüvvələri ölkədə baş verən son hadisələrlə bağlı məlumat yayıb.

Türkiyə Silahlı Qüvvələri dövlət çevrilişi cəhdi ilə bağlı məlumat yaydı

Türkiyə Silahlı Qüvvələri ölkədə baş verən son hadisələrlə bağlı məlumat yayıb.


Hazırda Türkiyə Silahlı Qüvvələrinin birliklərində vəziyyətə nəzarətin tam təmin edildiyi vurğulanıb. Bildirilib ki, dövlət çevrilişi cəhdi Türkiyə Silahlı Qüvvələrində başladılsa da, bunu etməyə çalışanların xalqımızın Peyğəmbər ocağı adlandırdığı Türkiyə Silahlı Qüvvələrinin Vətənini, xalqını, bayrağını sevən şəxsi heyəti ilə qəti şəkildə əlaqəsi yoxdur.

Qeyd olunub ki, bu rəzilliyi Türkiyə Respublikasına, şərəfli keçmişi olan Türkiyə Silahlı Qüvvələrinə, xalqa yaşadanlar ciddi şəkildə cəzalandırılacaqlar.

Azərtac