Yeni seçilmiş prezident ilk əvvəl beynəlxalq ticarət və immiqrasiya ilə bağlı məsələləri həll edəcəyini açıqlayıb. Yeni seçilmiş prezident ilk əvvəl beynəlxalq ticarət və immiqrasiya ilə bağlı məsələləri həll edəcəyini açıqlayıb.

Donald Tramp ilk 100 iş günü görəcəyi işləri açıqladı

Yeni seçilmiş prezident ilk əvvəl beynəlxalq ticarət və immiqrasiya ilə bağlı məsələləri həll edəcəyini açıqlayıb.

AzNews.az xəbər verir ki, milyarder seçki qabağı verdiyi sözlərdən imtina etməyəcəyini bəyan edib:

"Ticarətlə bağlı, mən ilk əvvəl Transatlantik əməkdaşlıq təşkilatından çıxmaqla bağlı sənəd imzalayacam. Bunun əvəzində, biz dürüst ikitərəfli ticarətlə məşğul olacıyıq. Bu Amerikayaya sənaye fəallığını geri qaytaracaq, yeni iş yerlərinin yaradılmasına imkan verəcək. Karbohidrogen sənayesinə gəlincə isə, mən ABŞ-da enerji istehsalında yeni iş yerlərinin yaradılmasını təmin edəcəm. Söhbət kömür əldə edilməsi üsullarından gedir.
İmmiqrasiyaya məsələsinə gəlincə isə, Əmək Naziriliyinə göstəriş verəcəm ki, viza proqramı və amerikalıları iş yerlərindən məhrum edən bütün məsələləri aydınlaşdırsın."

Tramp,həmçinin, bəyan edib ki, Amerikanın kiber hücumlardan müdafiəsi üçün planın işlənib hazırlanmasına dair göstərişlər verəcək və lobbiçiliklə mübarizə planının reallaşması üçün işlər görəcək.

Yeni seçilmiş prezident Amerika xalqını inandırmağa çalışıb ki, onun kabinetinin formalaşması çox rahat şəkildə həyata keçirilir.