- Köhnə - Dünya
- 2 Dekabr 2016 11:11
- 8 342
Qızıl dolu çəlləyi oğurladı - 1,6 milyon dollar
Qızıl dolu çəlləyi oğurlayan oğru nəzarət kameraları tərəfindən görüntülənib.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Nyu-york şəhərində qeydə alınıb. Mühafizəçi başqa bir şəxslə söhbət etdiyi üçün maşının yükyeri nəzarətsiz qalıb. Bundan istifadə edən oğru dəyəri 1,6 milyon dollar (təxminən 2 774 240 AZN) olan 39 kiloqramlıq qızıl çəlləyini götürərək dərhal hadisə yerindən uzaqlaşıb.
Polis həmin şəxs barədə məlumat verən vətəndaşa 100 000 dollar (təxminən 173 390 AZN) vəd edib.
Aydan