Böyük Britaniya dövlət büdcəsində hərbi xərclərin azalması səbəbindən 2013-cü ilin iyununa kimi ordu sıralarından 5 min 300 hərbçi ixtisar olunacaq. Böyük Britaniya dövlət büdcəsində hərbi xərclərin azalması səbəbindən 2013-cü ilin iyununa kimi ordu sıralarından 5 min 300 hərbçi ixtisar olunacaq.

Büdcə kəsirinə görə ordunun sayını azaldacaq

Böyük Britaniya dövlət büdcəsində hərbi xərclərin azalması səbəbindən 2013-cü ilin iyununa kimi ordu sıralarından 5 min 300 hərbçi ixtisar olunacaq.



Bu barədə Britaniyanın müdafiə naziri Filip Hammond bəyan edib.

Onun sözlərinə görə, "Müdafiə nazirliyinin büdcəsindəki kəsir ixtisarları qaçılmaz edir". Rəsmi məlumata görə, bu göstərici hal-hazırda 38 milyard funt sterlinq təşkil edir (61 milyard dollar).

"Quru qoşunlarda da şəxsi heyətin sayı azaldılacaq, buna baxmayaraq bu addım hərbçilərin hərbi ləvazimatla təchizatını və maliyyələşdirilməsini tam təmin etməyə imkan verəcək. Buna indiyədək nail olmaq mümkün olmurdu", deyə Hammond qeyd edib.

"İxtisarlar Əfqanıstandakı hərbi əməliyyatlara təsir etməyəcək", deyə o vurğulayıb.

2010-cu və 2012-ci illərdə qəbul olunmuş proqramlara əsasən Böyük Britaniyanın Müdafiə nazirliyi 102 min əsgər və zabitdən ibarət ordunun sayını 2015-ci ilədək 82 minədək endirmək niyyətindədir.

AzNews.az