Hilari Klinton günahkar olduğunu etiraf etdi

Amerikanın keçmiş baş katibi Hilari Klinton istefaya getməzdən əvvəl öz günahlarını etiraf edib


AzNews.az-ın rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Hilari Klinton işdən rəsmi şəkildə çıxandan bir neçə gün sonra Konqresdə çıxış edərək, keçən il öldürülən bəzi diplomatların ölümündə günhakar olduğunu dilə gətirib.

Onun sözlərinə görə, keçən il Benqazidə öldürülən Amerika səfiri və onun yanında işləyən 3 diplomat Birləşmiş Ştattlar hökümətinin məsuliyyatsiz işinin nəticəsi olub.

Çıxışı zamanı Hilari KLintonun gözləri də dolub. " Keçən il öldürülən 4 diplomatın vətənə gətirilməsi günü mən də hava limanında idim. Elə həmin an başa düşdüm ki, biz nəyisə düz etməmişik, onlar ölməli deyildilər",-deyə Klinton çıxışında bildirib.

Aynur Hüseynova

AzNews.az