Meksika prezidenti Enrike Penya Nyeto yanvarın 31-nə planlaşdırılan Vaşinqton səfərini təxirə salıb. Meksika prezidenti Enrike Penya Nyeto yanvarın 31-nə planlaşdırılan Vaşinqton səfərini təxirə salıb.

Meksika prezidenti Trampla görüşdən imtina etdi

Meksika prezidenti Enrike Penya Nyeto yanvarın 31-nə planlaşdırılan Vaşinqton səfərini təxirə salıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda öz Tvitter səhifəsində məlumat yayıb:

“Bu səhərlə biz Ağ evə məlumat verdik ki, prezidentlə növbəti çərşənbə axşamına planlaşdırılan işçi görüşdə iştirak etməyəcəm. ” - Penya Nyeto belə yazıb.

Bununla belə Meksikanın başçısı yenidən qonşu ölkəylə dialoqa hazır olduğunu bildirib.

Daha əvvəl Tramp bildirdi ki, əgər Meksika sərhədinə çəkiləcək hasarın xərcini çəkməkdən imtina edirsə, Nyeto səfəri ləğv etsə yaxşıdır.

Meksika ilə sərhəddə divarın tikintisi ABŞ-a 12-15 mlrd. dollara başa gələ bilər. Bu haqda Filadelfiya şəhərində keçirilən mətbuat konfransında ABŞ Konqresindəki respublikaçı senatorların lideri Mitç Makonnel bildirib.