- Köhnə - Dünya
- 1 Mart 2017 09:51
- 5 373
ABŞ yeni dostlar axtarışındadır – Keçmiş düşmənlərlə yaxınlaşma
ABŞ prezidenti Donald Tramp ABŞ-ın yeni dostlar və tərəfdaşlar tapmaq istədiyini bildirib.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri konqresə müraciətində məlumat verib.
“ABŞ yeni dostlar tapmaq və ümumi maraqlar kəsişəndə əməkdaşlıqlar qurmaq istəyir. Biz harmoniya və sabitlik istəyirik – müharibə və münaqişə istəmirik”, -deyə Tramp qeyd edib.
Trampın sözlərinə görə, hazırda ABŞ keçmiş düşmənlərlə dostluq edir: “Doslarımızdan bəziləri dünya müharibələrində barrikadaların digər tərəfində dayanmışdılar. Tarix bizə daha yaxşı dünya yaratmaq inamı verməlidir”.
Aydan AXUNDOVA