ABŞ-da keçirilən sorğu nəticəsində əhalinin 57%-i prezident Donald Trampın işini mənfi qiymətləndirib. ABŞ-da keçirilən sorğu nəticəsində əhalinin 57%-i prezident Donald Trampın işini mənfi qiymətləndirib.

Trampın reytinqi minimum həddə düşüb

ABŞ-da keçirilən sorğu nəticəsində əhalinin 57%-i prezident Donald Trampın işini mənfi qiymətləndirib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, ən son sorğular Trampın reytinqinin Barak Obamanın ən aşağı göstəricisindən də aşağı olduğu məlum olub. Belə ki, sorğuda iştirak edən insanların yalnız 35%-i Trampın fəailiyyətini uğurlu hesab edir.

Prezidentin işindən narazı qalan əhalinin çox hissəsini isə qadınlar təşkil edir. Ekspertlər Trampın qadınlara qarşı vaxtilə etdiyi çıxışların hələ də unudulmadığı qənaətindədirlər.

Bundan başqa, amerikalılar Konqresin də fəaliyyətindən narazıdırlar. Beləki, əhalinin 70%-i respublikaçıların, 57%-i isə demokratların işini mənfi qiymətləndirir.

Sorğu 30 mart tarixindən 3 aprel tarixinə qədər 1100 nəfər arasında keçirilib.