- Köhnə - Dünya
- 11 Aprel 2017 15:35
- 10 203
Telefon oğrusu səhvən polis bölməsində gizləndi- VİDEO
Çinin Şençjen şəhərində küçədən keçən qadının mobil telefonunu oğurlayan oğru qaçaraq səhvən polis bölməsinə daxil olub.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, hətta kişinin telefon oğurlaması da polis bölməsinin müşahidə kameralarına düşüb. Telefonu oğurladıqdan sonra qadının onun arxasınca qaçdığını görən oğru özünü itirərək polis bölməsinin həyətinə daxil olub gizlənmək istəyir. Onu dərhal polislər əhatəyə alır və oğru təslim olmağa məcbur olur.
Sonradan polisə ifadə verən oğru, bu hərəkətini ərazini yaxşı tanımaması ilə izah edib.