Trampın model agentliyi fəaliyyətini dayandırır

Trump Models əməkdaşlıq etdiyi şirkətlərə fəaliyyətini dayandırması ilə bağlı xəbərdarlıq edib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Trump Organization model biznesini tərk edərək, yalnız tikinti, qolf-kurortları və mehmanxana biznesi ilə kifayətlənmək qərarına gəlib.

Donald Trampın model agentliyinin dəqiq bağlanma tarixi hələlik məlum deyil.

Trump Models agentliyinin əsası 1999-cu ildə qoyulub. Agentlikdə Yasmin Le Bon, Peris Hilton, Yelena Melnik kimi məşhur modellər, hətta Trampın həyat yoldaşı, ABŞ-ın birinci xanımı da çalışıb.