- Köhnə - Dünya
- 15 Aprel 2017 09:44
- 3 666
“Der Spiegel”dən şok iddia- Ronaldu 20 yaşlı qıza təcavüz edib
Almaniyanın Der Spiegel nəşri Portuqaliyanın futbol ulduzu Krişitana Ronaldunun 2009-cu ildə ailəsi ilə birlikdə Las-Vegasda istirahət etdiyi zaman 20 yaşlı qıza təcavüz etdiyini iddia edir.
AzNews.az xəbər verir ki, alman nəşri Ronaldunun vəkilinin hadisədən bir il sonra qıza 375 min dollar ödəyərək məhkəməyə müraciət etməməsini təmin edib.
Futbolçu özü bu xəbəri təkzib edərək, yazılanları “Jurnalistikanın fantaziyası” adlandırıb. Ronaldunun bəyanatı meneceri Jorj Mendeşin rəsmi internet səhifəsində dərc edilib.
Ronaldu vurğulayıb ki, “qurban” öz adını çəkməkdən və məlumatı təsdiq etməkdən boyun qaçırır. Bundan başqa, iddia olunduğu kimi Ronaldu təcavüz etdiyi qıza hər hansı bir məktub göndərməyib və ondan heç bir məktub almayıb.
Portuqaliyanın futbol ulduzu bu xəbərə görə Der Spiegel nəşri ilə mübarizə aparacığını bəyan edib.