Türkiyə hökuməti dövlət çevrilişinə cəhddə qiyabi şəkildə ittiham olunan 130 nəfəri vətəndaşlıqdan çıxarıb. Türkiyə hökuməti dövlət çevrilişinə cəhddə qiyabi şəkildə ittiham olunan 130 nəfəri vətəndaşlıqdan çıxarıb.

Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarıldı – Nazirlik qərar verdi

Türkiyə hökuməti dövlət çevrilişinə cəhddə qiyabi şəkildə ittiham olunan 130 nəfəri vətəndaşlıqdan çıxarıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, vətəndaşlıq hüquqları əlindən alınanlar arasında FETÖ qruplaşmasının rəhbəri Fətullah Gülən və kürdyönümlü partiyanın iki deputatı da var. Sözügedən şəxslər 3 ay müddətində ölkəyə geri qayıtmasalar, onlar artıq Türkiyə vətəndaşı hesab olunmayacaq.

Bir müddət əvvəl Türkiyənin Adana məhkəməsi ölkədə dövlət çevrilişinə cəhd edən Fətullah Gülənin vətəndaşlıqdan çıxarılması üçün Ədliyyə Nazirliyinə müraciət edib.

Fətullah Gülən hazırda Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında siyasi sığınacaq əldə edib.

Türkiyə hökuməti onun təhvil verilməsini tələb etsə də, Ağ Ev bundan imtina edir.

Bəxtiyar Abbasov

AzNews.az