Mühafizəkarlar Partiyası mandat itirdi

Böyük Britaniyada keçirilən parlament seçkilərində Mühafizəkarlar Partiyası 318 yerə mandat qazanıb. Lakin əldə olunan nəticələr parlamentdə majoritar üstünlüyə malik olmaq üçün kifayət etməyib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, majoritar üstünlüyə malik olmaq üçün hər hansı bir partiya 326 mandat qazanmalı idi.

Mühafizəlarlar Partiyasının əvvəlki mandat sayı 330 təşkil edirdi.

Seçkilərdə leyboristlər partiyası 261, şotland millətçiləri 35, liberal-demokratlar 12 mandat qazanıb.

Hazırda vəziyyətlə əlaqədar ölkədə “asılı parlament” vəziyyəti elan olunub.

Belə vəziyyətdə daha çox mandata sahib olan partiya kiçik partiyalar ilə birləşərək koalisiya höküməti qurmağa cəhd edir. Eyni zamanda, mandat sayına görə ikinci yerdə olan partiya da bu addımı ata bilər. Əgər hər iki partiyanın cəhdləri uğursuz olarsa, parlamentdə qanun dəyişiklikləri etməklə azlıq hökuməti qurulacaq.

Bəxtiyar Abbasov

AzNews.az