Türkiyənin baş naziri Binəli Yıldırım müxalifətin Ankaradan İstanbula yürüşünü şərh edən zaman Kamal Kılıçdaroğluna qatardan istifadə etməyi məsləhət görüb. Türkiyənin baş naziri Binəli Yıldırım müxalifətin Ankaradan İstanbula yürüşünü şərh edən zaman Kamal Kılıçdaroğluna qatardan istifadə etməyi məsləhət görüb.

“Kılıçdaroğlu Ankaradan İstanbula qatarla gedə bilərdi” - Binəli Yıldırım

Türkiyənin baş naziri Binəli Yıldırım müxalifətin Ankaradan İstanbula yürüşünü şərh edən zaman Kamal Kılıçdaroğluna qatardan istifadə etməyi məsləhət görüb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, nazir müxalifət liderinin uzunməsafəli yürüşünü "məntiqsiz" addım adlandırıb.

“Sürət qatarı ilə gedə bilərdi. Özünə niyə bu qədər əziyyət edir? Dostlar, küçədə ədalət axtarmazlar. Türkiyə bir hüquq dövlətidir” – deyə baş nazir qeyd edib.

"CHP"nin “Ədalət yürüşü” adlandırdıqları etiraz aksiyası "Hürriyet" qəzetinin keçmiş baş redaktoru Enir Bərbəroğlunun 25 il müddətinə azadlıqdan məhrum edilməsi ilə əlaqədar keçirilir. Ankaradan İstanbula doğru istiqamətlənən yürüş zamanı aksiya iştirakçıları 28 gün ərzində 18 km məsafə qət etməlidirlər.

İki min nəfərlə başalana yürüşə hazırda daha 5 min nəfərin qaıldığı bildirilir.

Bəxtiyar Abbasov

AzNews.az