- Köhnə - Dünya
- 30 İyun 2017 13:42
- 15 017
Adolf Hitlerə qarşı 10 sui-qəsd cəhdi - Foto
3-cü reyxin rəhbərini öldürmək üçün dəfələrlə cəhd etsələr də, bu mümkün olmayıb. Hitler hələ kansler olan zaman onu 4 dəfə öldürmək istəyiblər, daha sonra ona qarşı 40-dan çox sui-qəsd cəhdi olub. Lakin bütün cəhdlər uğursuzluqla nəticələnib. İndi sizə tədqim edəcəyimiz epizodların bəzisi qəhrəmanlıqdan, bəzisi ağılsızlıqdan, bəzisi isə qəribəlikdən bəhs edir. Sui-qəsdlərdən hər hansı biri uğurlu olsa idi, bəlkə də, indi dünyanımız tamamilə başqa cür olardı.
AzNews.az Hitlerə qarşı 10 sui-qəsd cəhdini təqdim edir.
1. İohan Qeorq Elzer
Elzer Hitleri öldürmək üçün bir neçə dəqiqə gecikib. 1938-ci il 8 noyabr tarixində Hitler Münhen şəhərində pivə zavodunda çıxış edəcəkdi. Havanın pis olması ilə əlaqədar Hitler çıxışını 30 dəqiqə tez başa vurmaq qərarına gəlir. O, həm də evinə gedən qatara çatmalı idi. Hitler çıxış etdiyi tribunanı tərk etdikdən 10 dəqiqə sonra partlayış baş verir. Hadisə nəticəsində 8 nəfər ölür, 60 nəfər yaralanır.
Sui-qəsdə cəhd edən İohan Qeorq Elzer kommunist dülgər və həmkarlar ittifaqının üzvü idi. Sui-qəsddən bir neçə gün əvvəl o, dostuna bildirib ki, əgər kimsə Hitleri öldürməsə, Almaniya heç vaxt doğru inkişaf yolu tuta bilməyəcək. O inanırdı ki, Hitlerin ölümündən sonra ölkədə kommunist inqilabı başlaya bilər. Beləliklə, Hitler təsadüf nəticəsində sağ qaldı. Lakin Elzer İsveçrəyə qaçmağa çalışarkən onu həbs edirlər. Daha sonra o, güllələnərək öldürülür.
Sui-qəsddən cəmi bir gün sonra Almaniyada yəhudilərə məxsus bütün mağaza və obyektlərin hücuma məruz qalması isə nəticələnən “Kristal gecə” hadisəsi yaşanır. Eyni zamanda, bu, “Holokost” - yəhudi soyqırımının başlanğıcı idi.



2. Moris Bavo
Elzerin sui-qəsd cəhdindən cəmi 24 saat sonra Moris Bavo Hitleri öldürməyə çalışdı. Lakin Bavo Hitlerin ətrafında izdihamın çox olması ilə əlaqədar ona atəş açmır. O, Fransa qatarında saxta biletlə gedən zaman saxlanılır. Daha sonra polis onun çantasında silah və Hitlerə məxsus evin layihə planını aşkarlayır. Onun sui-qəsdçi olduğu məlum olur. Moris Bavo gilyotinlə öldürülür. İxtisasca ilahiyyatçı olan Bavo hesab edirdi ki, Hitler anarxist insandır və onun varlığı xaçpərəst inancına və bəşəriyyətə qarşı təhlükədir. Ona görə də Hitlerin öldürülməsini “müqəddəs borc” kimi görürdü.


3. Uilyam Sibruk
Sibruk Hitleri Vudu cadusu ilə öldürməyə çalışırdı. 1994-ci il 22 yanvar tarixində Sibruk xüsusi ayin keçirmək məqsədilə dostlarını evə çağırır. Həmin ayinə qədər onlar yeyib-içir və rəqs edirlər. Daha sonra Sibruk və dostları Almaniya liderini öldürməsi üçün pis ruhları çağırmağa başlayırlar. Onlar manekenə nasist formasını geyindirir, ürəyinə mismar batırırlar. Daha sonra onlar bütpərəst tanrı İstandan manekenin üzərindəki yaraları Hitlerə köçürməsini istəyirlər. Sibruk manekenin başını balta ilə kəsir və onu meşəlikdə basdırır ki, qurdlar onun başını yesinlər.

4. Naməlum şəxs
Hitlerə qarşı həmin dövrə qədər 20-ə yaxın sui-qəsd cəhdi olmuşdu. Onu ilk dəfə 1921-ci ilin noyabr ayında öldürmək istəyiblər. Həmin vaxt o Münhendə pivə zavodunda çıxış edirdi. Hitlerin qarşısında 300-dən çox insan var idi. Lakin insanların hamısı onun tərəfdarı deyildi. Hitler onların ziddinə danışırdı. Elə bu zaman izdihamın arasından kimsə Hitelərə tərəf pivə bakalı atır. Hitlerin tərəfdarları dərhal həmin şəxsə tərəf yönəlirlər və izdiham arasında kütləvi dava-dalaş düşür. Hitlerin cangüdənləri zalda asayişi bərpa etməyə çalışan zaman naməlum şəxs Hitlerə atəş açır. Lakin güllə hədəfdən yayınır. Hitler ondan yan keçən güllədən qorxmur, əksinə, öz silahını çıxararaq cavab atəşi açmağa başlayır. Daha sonra o, 20 dəqiqə nitqinə davam edir. Hitlerin silahlı olmasına baxmayaraq, izdihamın arasında hələ də onu öldürməyə çalışan insanlar var idi.



5. Henninq fon Treskov
Nasitlərin müəyyən qismi Hitlerin hakimiyyətə gəlməsindən razı deyildi. Onlar yəhudiləri öldürməyə başladıqda general Henninq fon Treskov nasist partiyasının axırına çıxmağa and içmişdi. Treskov nasist partiyasına qarşı müqavimət təşkil etməyə kömək etdi və söz verdi ki, Adolf Hitleri öldürməyənədək bu məqsədindən əl çəkməyəcək. Belə bir fürsət 1943-cü il 13 mart tarixində yarandı. Həmin vaxt Hitler SSR-dən Almaniyaya geri qayıdırdı. Evə qayıdan zaman təyyarə Smolensk şəhərində hava limanına enməli olur. Treskov elə buradaca ona zərbə endirmək qərarına gəlir. Treskov təyyarədə uçan zabitlərdən birinə içində partlayıcı olan bahalı konyak verir və bildirir ki, bu, Berlindəki nasist məmurlara çatacaq hədiyyədir. Partlayıcı 30 dəqiqə sonra partlamalı idi. Treskov təyyarənin havada necə partlayacağına baxırdı. Lakin gözlənilən olmadı. Konyak butulkası baqaj bölməsində saxlanıldığı üçün soyuq tempraturla əlaqədar partlayış baş vermir. Daha sonra Treskov Berlindəki əlaqələrini işə salaraq butulka aşkarlanmamış onu aradan qaldırmağa nail olur.



6. Rudolf-Kristof fon Qersdorf
Qersdorf üzərində partlayıcı ilə Hitlerin bir neçə santimetrliyində dayanmışdı, lakin …
Henninq fon Treskov məqsədindən əl çəkmədi. O, Hitleri öldürmək üçün daha bir plan hazırladı. Lakin bu dəfə kimsə öz həyatını plana qurban verməli idi. General Rudolf-Kristof fon Qersdorf bu “şərəfli iş”i öz üzərinə götürür. 1943-cü il 15 mart tarixində Hitler Berlində keçirilən sərgidə çıxış edəcəkdi. Plana görə, o, Hitlerə kifayət qədər yaxınlaşdıqdan sonra üzərindəki partlayıcını işə salmalı idi. Partlayıcının saat mexanizmi cəmi 10 dəqiqəlik aralıqla çalışırdı. Bir qədər sonra məlum olur ki, Hitlerin sərgidə iştirak etməsi üçün cəmi 8 dəqiqə vaxtı var. Bu, o demək idi ki, əgər Qersdorf 10 dəqiqəlik vaxt aralığı ilə çalışan partlayıcını indi işə salsa idi, partlayış Hitler sərgidən getdikdən sonra baş verəcəkdi. Beləliklə, bu plan da baş tutmadı.



7. Hans Oster
1938-ci ildə Almaniya hərbi kəşfiyyatının rəhbərlərindən biri Hans Oster nəinki Hitleri öldürmək, eyni zamanda, bütün nasist partiyasını devirmək üçün plan qurmuşdu. Həmin vaxt Hitler Çexoslovakiyanı təsir altına salmağa çalışırdı. Oster əmin idi ki, onun iddiası Almaniyanı dünya müharibəsinə sürükləyəcəkdi. Lakin o, bunun qarşısını almağa qərar vermişdi. Oster dövlət çevrilişi etməyə çalışırdı. 60 nəfərlik zabit heyəti ilə o, nasist partiyasından yaxa qurtarmaq üçün planları icra etməyə başladı. Onlar ilk olaraq Hitleri həbs etməyə və onu öldürməyə çalışdılar. Plana görə, Hitleri həbs etdikdən sonra onun ruhi xəstə olması barədə elan verəcəkdilər. Bəziləri onu cəzalandırmağa çalışırdı. Lakin Oster onu güllələmək istəyirdi. Buna bəhanə olaraq isə həbs zamanı onun müqavimət göstərdiyini əsas gətirəcəkdi. Lakin bütün bu planları icra etmək üçün hər şey mütləq şəkildə razılaşdırılmalı idi. Gözlənilənlər baş vermədi. Dövlət çevrilişi baş tutmadı və təəccüblü olsa da, Münhen razılaşması Çexoslovakiyanı səssiz-səmirsiz Almaniyaya birləşdirməyə imkan verdi. Osterin müharibə gözləntisi gerçəkləşmədi. Hər kəs böhranın başa çatdığını güman edirdi. Lakin müharibə konkrekt olaraq başladıqda artıq nəsə etmək üçün gec idi.



8.Britaniyalılıar
Hitlerə qarşı planların hamısı onun öldürülməsinə hesablanmamışdı. Bəzi planlar onu hörmətdən salmaq məqsədi güdürdü. Hitlerin bacısı mülayim katibə idi. İngilislər hesab edirdilər ki, onlar Hitlerin qadın hormonlarını fəallaşdıra bilsələr, o, bacısı kimi itaətkar olacaq və bu məqsədlə onun yeməyinə estrogen atmışdılar.

9. Klaus Şenk fon Ştauffenberq
1944-cü il 20 iyul tarixində Ştauffenberq Hitleri öldürmək üçün hədəfə çox yaxınlaşmışdı. Ştauffenberq Hitleri “Volfsşançe” qərargahında öldürməyi planlaşdırırdı. Hitler bu qərargahda ən etibarlı adamları ilə görüşürdü. Ştauffenberq partlayıcı hazırlamaq üçün portfeldə lazımi avadanlıqları gətirmişdi. Otaqda partlayıcılardan birini tamamlamışdı ki, qapı döyüldü və mühafizəçi Hitlerin onu çağırdığını bildirdi. Ştauffenberq Hitlerlə görüşə cəmi bir partlayıcı ilə getdi. O, bir partlayıcının Hitleri öldürməyə kifayət edəcəyini düşünürdü. Ştauffenberq otağa daxil olaraq partlayıcını masanın altına yerləşdirir və onu masanın altında mümkün qədər Hitlerə tərəf itələyir. Bir qədər sonra o, üzr istəyərək otaqdan çıxır və partlayışın baş verməsini gözləyir. Partlayış nəticəsində 4 nəfər ölür, lakin bu dəfə də Hitleri öldürmək mümkün olmur. O, sui-qəsddən yüngül zədələrlə sağ xilas olur.


10. “Foksli” əməliyyatı
İngilislər Hitleri öldürmək üçün bir sıra vasitələrdən istifadə ediblər. Əvvəlcə onlar Hitlerin şəxsi qatarını partlatmaq istədilər, daha sonra su təchizatı sisteminə zəhər qatmağa çalışdılar. Lakin bu planların heç biri baş tutmadı. 1944-cü ildə Hitlerin şəxsi mühafizəçilərindən biri həbs edildi. İstintaq zamanı məlum olur ki, o, Hitlerin Bavariyadakı evində xidmət edib və bu ev barəsində ingilislərə məlumat verməyə hazırdır. Mühafizəçi ingilislərə bildirib ki, Hitler həmin evdə olan zaman evin üzərində nasist bayrağı ucaldılır. O, hər gün saat 10:00-da təkbaşına yaxınlıqdakı çay evinə gedir. 20 dəqiqə ərzində cangüdənsiz meşədə gəzir. Belə meşədə snayper asanlıqla gizlənə və hədəfə atəş aça bilərdi. Həmin vaxt bölgə ingilis kəşfiyyatı tərəfindən idarə olunurdu. Onların snayperi və Hitlerin evində snayperə kömək edə biləcək adam var idi. Bu sui-qəsd planının baştutma ehtimalı olduqca yüksək idi. Lakin podpolkovnik Ronald Tornli bu plana qarşı çıxdı. O hesab edirdi ki, Hitlerin sağ qalması daha məqsədəuyğudur. Tornli rəhbərliyi buna inandıra bilmişdi. Tornlinin fikrinə görə, Hitlerin nasistlərin gözləri qarşısında öldürülməsi onu şəhid olması demək olardı və strateji cəhətdən də bu doğru qərar deyildi. Həmin dövrdə müharibə artıq başa çatırdı və müttəfiqlər də Hitlerin yaşamasını istəyirdilər.



Bəxtiyar Abbasov
AzNews.az