“Vladimir Putin fenomendir. Fikrimcə, o, Uqo Çaves və Fidel Kastrodan sonra Daniel Orteqa və Evo Moraleslə birgə yüksək liqanı təmsil edir. Putin – bu planetdə çoxlarına sülh gətirəcək adamdır”. “Vladimir Putin fenomendir. Fikrimcə, o, Uqo Çaves və Fidel Kastrodan sonra Daniel Orteqa və Evo Moraleslə birgə yüksək liqanı təmsil edir. Putin – bu planetdə çoxlarına sülh gətirəcək adamdır”.

“Putin fenomendir, Tramp isə cizgi filmi qəhrəmanı” - Dieqo Maradona

“Vladimir Putin fenomendir. Fikrimcə, o, Uqo Çaves və Fidel Kastrodan sonra Daniel Orteqa və Evo Moraleslə birgə yüksək liqanı təmsil edir. Putin – bu planetdə çoxlarına sülh gətirəcək adamdır”.

AzNews.az “Report” istinadən xəbər verir ki, bunu “russian.rt.com” saytına müsahibəsində əfsanəvi futbolçu və Argentina yığmasının sabiq baş məşqçisi Dieqo Maradona deyib.

57 yaşlı mütəxəssis Rusiya prezidenti Vladimir Putinlə yanaşı, ABŞ prezidenti Donald Tramp barədə də düşüncələrini bölüşüb: “Tramp barəsində siyasətçi kimi danışmaq çətindir. Onu bu rolda görmürəm. O, mənim üçün daha çox komiks və ya cizgi filmi qəhrəmanıdır. Onu nə zaman televiziyada görürəmsə, kanalı dəyişirəm”.

Dieqo Maradona Konfederasiyalar Kubokunun final matçı ilə əlaqədar Rusiyaya səfər edib. İyulun 2-də Almaniya və Çili yığmaları arasında baş tutacaq həlledici görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

AzNews.az