Monqolustanda prezident seçkilərinin ikinci turunda parlamentdə azlıqda olan Demokratik Partiyanın namizədi, rəssam və keçmiş cüdoçu Xaltmaaqiyn Battulqa qalib gəlib. Monqolustanda prezident seçkilərinin ikinci turunda parlamentdə azlıqda olan Demokratik Partiyanın namizədi, rəssam və keçmiş cüdoçu Xaltmaaqiyn Battulqa qalib gəlib.

Sabiq cüdoçu prezident seçildi

Monqolustanda prezident seçkilərinin ikinci turunda parlamentdə azlıqda olan Demokratik Partiyanın namizədi, rəssam və keçmiş cüdoçu Xaltmaaqiyn Battulqa qalib gəlib.

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, ilkin hesablamalara əsasən, Battulqa səslərin 50,6 faizini toplayıb. Seçki komissiyaları hələ də səslərin sayılmasına tam yekun vurulmasını gözləyirlər.

Seçkilərin ikinci turunda səsvermə planlaşdırılan vaxtdan iki gün tez keçirilib. İlk turda prezident postuna üç namizədin heç biri 50 faizdən çox səs yığa bilmədiyi üçün ölkədə seçkilərin ikinci turu keçirilib. Səsvermədə seçicilərin 60,9 faizi iştirak edib.

Monqolustanda prezident seçkiləri yeddinci dəfədir keçirilir.

AzNews.az