Qüds şəhərində İsrail polisinin öldürülməsi Yaxın Şərqdə gərginliyin artmasına səbəb olub. Qüds şəhərində İsrail polisinin öldürülməsi Yaxın Şərqdə gərginliyin artmasına səbəb olub.

Yaxın Şərqdə gərginlik – Məsciddə namaz qılmağa icazə verilməyəcək

Qüds şəhərində İsrail polisinin öldürülməsi Yaxın Şərqdə gərginliyin artmasına səbəb olub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, fələstinli gənclərlə İsrail polisi arasında atışma baş verib. Hadisə nəticəsində 5 nəfər ölüb. Onlardan 3-ü fələstinli gənc, 2-si isə polisdir. 1 polis isə ağır yaralanıb.

Məlumata görə, fələstinli gənclər motosikletlə gələrək polislərə hücum ediblər.

Hadisə ilə əlaqədar İsrailin təhlükəsizlik qüvvələri əl-Əqsa məscidinin qapılarını bağlayıb. Yerli rəhbərlik məsciddə namaz qılmağa icazə verməyəcəyini bildirib.

Bəxtiyar Abbasov

AzNews.az