Ermənistanın paytaxtı Yeravan şəhərindən 48 km qərbdə yerləşən Armavir şəhərində naməlum şəxs uşaq baxçasında işçiləri və uşaqları girov götürüb. Ermənistanın paytaxtı Yeravan şəhərindən 48 km qərbdə yerləşən Armavir şəhərində naməlum şəxs uşaq baxçasında işçiləri və uşaqları girov götürüb.

Silahlı şəxs uşaq bağçasına hücum etdi - Ermənistanda

Ermənistanın paytaxtı Yeravan şəhərindən 48 km qərbdə yerləşən Armavir şəhərində naməlum şəxs uşaq baxçasında işçiləri və uşaqları girov götürüb.

"Report"un verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq hadisə yerinə yollanıb.

Yerli KİV əli bıçaqlı şəxsin baxçaya hücum etdiyini yazıb.

"İnterfaks"ın mənbələrinə istinadən verdiyi xəbərə görə, hücum edən şəxs baxçanın əməkdaşlarını və uşaqların əksəriyyətini azad edib, amma bir uşağı girov saxlamaqda davam edir.

Ermənistan Armavir şəhərindək uşaq bağçasına silahlı hücum edən şəxsin bağça direktorunun keçmiş kürəkəni olduğu ehtimal edilir.

Həmin kişi uzun müddətdir keçmiş həyat yoldaşı ilə görüşməyə cəhd edirmiş.

Buna nail ola bilməyən kürəkən bağçaya hücum edərək keçmiş həyat yoldaşı və uşağı ilə görüş tələb edib.

AzNews.az