Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı Türkiyəni cəzalandırmaq niyyətində günahlandırıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı Türkiyəni cəzalandırmaq niyyətində günahlandırıb.

Ərdoğandan ABŞ-a sərt ittiham

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı Türkiyəni cəzalandırmaq niyyətində günahlandırıb.

AzNews.az NTV-yə istinadən xəbər verir ki, Aqra şəhərində fəallar qarşısında çıxış edən Ərdoğan ABŞ hakimiyyəti Türkiyəni onların ssenarisinə uyğun olaraq hərəkət etmədiyinə görə cəzalandırmaq istəyir.

Türkiyə prezidentinin sözlərinə görə, Amerika tərəfi Fətullah Güləndən istifadə etməklə bunu etmək istəyir.

"Onlar bilməlidirlər ki, bizi aldada bilməzlər" - Ərdoğan belə deyib.

Bununla yanaşı, Ərdoğan ABŞ-ı PKK-nı dəstəkləməkdə də ittiham edibş. Bu ssenarinin tərkib hissələrindən biri hakimiyyətdən narazı qüvvələri ABŞ-da yerləşdirməkdir.