Rumıniya kralı onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Rumıniya kralı onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

97 yaşlı kralın ölüm səbəbi bilindi

Rumıniya kralı onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Rumınıyanın keçmiş kralı Mixay I İsveçrədə 97 yaşında vəfat edib.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kral evi məlumat yayıb.

Ötən ilin yazında eks-monarxda onkoloji xəstəlik aşkar olunub. Bu səbəbdən o, ictimai işlərdən uzaqlaşıb.

Cərrahi müdaxiləyə baxmayaraq, onun vəziyyəti getdikcə pisləşib.

Kralın yerinə onun böyük qızı Marqareta təyin olunub.

Xatırladaq ki, Mixay I Sovet İttifaqının ən yüksək mükafatı olan "Qələbə" ordeninə layiq görülən 5 xarici vətəndaşdan biridir.