İkinci Günəş sistemi tapıldı - NASA-dan tarixi kəşf

NASA "Google" tərəfindən hazırlanmış süni intellektdən istifadə edərək Günəş sisteminə tam uyğun olan 8 planetə malik yeni bir sistem aşkar etdiyini açıqlayıb. NASA yeni tapıntısına "Kepler-90" adını verib.

AzNews.az "Sputnik" xəbər agentliyinə istinadən xəbər verir ki, yeni planet sisteminin Yer kürəsindən 2 min 545 işıq ili uzaqlıqda olduğu bildirilir. Planet sisteminin mərkəzindəki ulduzun Günəşdən daha isti və böyük olduğu qeyd edilir.

Sistemin ən kiçik planeti olan "Kepler 90" Yer kürəsindən 3 dəfə böyükdür və təqribən 420 dərəcə selsi temperaturundadır.

"Vashington DC"-dəki NASA mərkəzindən astrofizik Paul Hertz planet sisteminin Günəş sisteminə çox bənzədiyini vurğulayıb.

image description image description image description image description image description