Facebook sosial şəbəkəsi 2017-ci ilin birinci yarısında reklam və saxta xarakter kəsb edən 3 milyona yaxın videonu silib. Facebook sosial şəbəkəsi 2017-ci ilin birinci yarısında reklam və saxta xarakter kəsb edən 3 milyona yaxın videonu silib.

Facebook 3 milyona yaxın videonu sildi

Facebook sosial şəbəkəsi 2017-ci ilin birinci yarısında reklam və saxta xarakter kəsb edən 3 milyona yaxın videonu silib.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, silinən videolarda müəllif hüquqları və ticarət nişanları pozulub.

Kompaniyanın vəkili Kris Sonderbi deyib ki, 2016-c illə müqaisədə belə videoların sayı 21 faiz artıb.

Silinən videoların 81 faizi saxta olub, 68 faizində müəlliflik hüquqları pozulub, 47 faizində isə ticarət nişanları sahəsində pozuntuya yol verilib.