Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dəməşq ilə Paris arasında yaranmış gərginliyə münasibət bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dəməşq ilə Paris arasında yaranmış gərginliyə münasibət bildirib.

Fransa ilə Suriya arasında gərginlik - Moskvadan reaksiya

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dəməşq ilə Paris arasında yaranmış gərginliyə münasibət bildirib.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, iki dövlət arasındakı qarşılıqlı bəyanatları şərh etmək Moskvanın işi deyil.

Fransa prezidenti Emmanuel Makron və xarici işlər naziri Jan-İv Le Drian Bəşər Əsədin ünvanına ittihamlarla çıxış edib. Suriya prezidenti isə Parisi terrorizmi dəstəkləməkdə ittiham edib.

Peskov qeyd edib ki, Rusiya Yaxın Şərqdə yaranmış gərginliyin siyasi yolla həllinə tərəfdardır.