ABŞ-da ölkənin şimal-şərq və mərkəzi hissələrində qarlı və şaxtalı hava səbəbindən azı 7 nəfər ölüb. ABŞ-da ölkənin şimal-şərq və mərkəzi hissələrində qarlı və şaxtalı hava səbəbindən azı 7 nəfər ölüb.

ABŞ-da qar və şaxta səbəbindən 7 nəfər öldü

ABŞ-da ölkənin şimal-şərq və mərkəzi hissələrində qarlı və şaxtalı hava səbəbindən azı 7 nəfər ölüb.

AzNews.az New York Times-a istinadən xəbər verir ki, təkcə İllinoys ştatının Çikaqo şəhərində 2 nəfər dünyasını dəyişib.

Kanzasda qarda sürüşmə nəticəsində baş verən yol qəzasında 4 nəfər ölüb.

Cənubi Dakota ştatında 83 yaşlı qadın qarda donaraq ölüb.

Minnesota ştatında temperatur mənfi 17 dərəcəyə düşüb.

Miçiqanda qarlı hava 30-a yaxın yol-nəqliyyat hadisəsinə səbəb olub.

Nyu-York isə son 110 ilin ən aşağı temperaturlu soyuq havasını yaşayır.