- Köhnə - Dünya
- 29 Yanvar 2018 09:10
- 3 801
Hərbi akademiyaya hücum - Ölənlər var
Bu gün səhər bir qrup naməlum şəxs Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən marşal Fahim adına Hərbi Akademiyaya hücum edib.
AzNews.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 hərbçi ölüb, 10 nəfər isə yaralanıb. Məlumata görə, hücum beş nəfərdən ibarət qrup tərəfindən təşkil edilib, onlardan üçü məhv edilib, biri saxlanılıb, biri isə müqavimət göstərir.