- Köhnə - Dünya
- 29 Yanvar 2018 12:09
- 4 511
Afrində 597 terrorçu məhv edilib - Bəyanat
10 gündür ki, davam edən "Zeytun budağı" əməliyyatı çərçivəsində əhəmiyyətli nöqtələrindən biri olan Burseya Dağı terrorçulardan təmizlənib və Afrinin mərkəzinə gedən yol açılıb.
AzNews.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatına əsasən 25 təyyarə ilə 44 hədəf məhv edilib və əməliyyatın başlanmasından etibarən "Zeytun budağı" əməliyyatı çərçivəsində 597 terrorçu öldürülüb.
İnsan olmayan hədəflər tanklarla atəş altına alınıb, F-16-larla bombalanıb. PKK terrorçuları da kəskin silahlarla hücum edib.
Burseya Dağı tamamilə ələ keçirilib.