ABŞ Rusiyanın rəsmi şəxslərinə sanksiyalar tətbiq edəcək - “Kreml hesabatı” Konqresə verildi

ABŞ Maliyyə Nazirliyi Konqresə "Kreml hesabatı" adlı sanksiya sənədi təqdim edib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, sənədə Rusiya Federasiyasının 114 yüksək vəzifəli məmurları, 96 nəfər rusiyalı iri oliqarxlar olmaqla, ümumilikdə 210 nəfərin adı daxil edilib.

"Kreml hesabatı" adlı sənədə Rusiyanın baş naziri Dimitri Medvedev, Nazirlər Kabinetinin üzlərindən xarici işlər naziri Sergey Lavrov, energetika naziri Aleksandr Novak, nəqliyyat naziri Maksim Sokolov, sənaye və ticarət naziri Denis Manturov və rabitə naziri Nikolay Nikiforov daxil edilib.