- Köhnə - Dünya
- 5 Fevral 2018 14:34
- 2 771
Yaponiyada helikopter qəzası - Ölən var
Yaponiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb.
AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə bu gün baş verib.
Helikopter Kanzaki şəhərində qəzaya uğrayıb. Qəza sahəsinin yaxınlığında ibtidai məktəb və uşaq bağçası da var.
Yaponiya baş naziri Şinzo Abenin ofisində böhran qərargahı qurulub.