- Köhnə - Dünya
- 30 Yanvar 2018 16:11
- 3 169
Tbilisi metrosunda xəsarət alanların sayı 14-ə çatıb
Tbilisi metrosunun “Varketili” stansiyasında tavanın bir hissəsinin uçması nəticəsində xəsarət alanların sayı 14-ə çatıb.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, vəziyyəti ağır olan iki nəfər əməliyyat olunacaq.
Digərlərinin isə xəsarətləri yüngül kimi qiymətləndirilir. Pasientlərin 25-46 yaş arasında olduğu bildirilir.
AzNews.az