İslam Kərimovun qızı YUNESKO-dakı işindən ayrıldı

Özbəkistanın ilk prezidentinin ən kiçik qızı Lola Kərimova-Tillyaeva ölkənin YUNESKO-dakı səfiri vəzifəsindən ayrılıb.

AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, "Bu gün mənim YUNESKO-da Özbəkistanın səfiri kimi son iş günümdür. Əlbəttə ki, diplomat kimi 10 illik işim həyatımın vacib hissəsinə çevrilmişdir ", - deyə Kərimova Facebook səhifəsində yazıb.

Kərimovanın sözlərinə görə, o, bundan sonra mədəniyyət, təhsil, elm və ətraf mühit sahəsində layihələr həyata keçirəcək, yetimlərə və xüsusi ehtiyacı olan uşaqlara kömək edən xeyriyyə təşkilatlarında işləməyə davam edəcək.